Kinooperator Zaur Məhərrəmov vəfat etdi

Kinooperator Zaur Məhərrəmov vəfat etdi
24 avqust 2025
# 01:00

Görkəmli kinooperator və rejissor, Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov 87 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Zaur Xasay oğlu Məhərrəmov 1938-ci il yanvarın 28-də Bakıda ziyalı ailəsində anadan olub.

Fəaliyyətə 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb.

İnstitutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyətini davam etdirib.

O, 16 bədii filmin quruluşçu operatoru olub və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırıb.

Zaur Məhərrəmov "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" kimi məşhur və sevilən bədii filmlərin quruluşçu operatoru idi.

Qeyd edək ki, o, uzun illərdir Türkiyədə yaşayıb fəaliyyət göstərirdi.

# 314 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər