Kərbəlayi Səfixan Qarabaği haqqında videoçarx hazırlandı

Kərbəlayi Səfixan Qarabaği haqqında videoçarx hazırlandı
16 avqust 2024
# 12:02

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği haqqında videoçarx hazırlayıb.

Kulis.az xəbər verir ki, videoçarxda Azərbaycan memarının həyatı və yaradıcılığı haqqında geniş məlumat yer alıb.

Bildirilib ki, Qarabağ memarlığının inkişafında, Şuşanın yenidən bərpa olunmasında Kərbəlayi Səfixan Qarabağinin xüsusi xidməti olub. Şuşada “Aşağı Gövhər Ağa məscidi”, məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. onun tərəfindən inşa edilib. Bərdədə inşa etdiyi İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Şuşalı memarın yaratdığı gözəl sənət əsərlərinə Füzulidə, Ağdamda, Tərtərdə, digər rayonların kənd və qəsəbələrində rast gəlmək olar.

Dövrünün ən məşhur memarlarından olan Səfixan Odessada, Aşqabadda, Mərkəzi Asiyada da bir çox tikililərin müəllifidir.

Kərbəlayi Səfixan Qarabaği Saatlı məscidini təmir edərkən minarədən yıxılıb, boynunun şah damarını qırıb. O bundan sonra 9 gün yaşayıb.

Memarın iki oğlu və bir qızı olub.

# 288 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #