İstanbul Mədəniyyət vəqfi tərəfindən 25-ildir təşkil olunan İstanbul Caz festivalı 25 iyunda başlayacaq
Kulis.az türk mediasına istinadla xəbər verir ki, bu il 29-cu dəfə keçiriləcək festival bu yaz da cazın vacib simalarını və müasir ulduzlarını İstanbulda dinləyicilərlə görüşdürəcək.
13 günlük festival marafonunda konsert verəcək sənərçilər arasında Qremmi mükafatlı caz sənətçisi Dian Rivs, pop-caz vokalı ilə geniş bir dinləyici kütləsinə sahib olan Melodi Gardot, Con McLaulin, Enriko Pieranunzi, Teoman, Kalben, Yom, rok qrupu Bum Pam və sair yer alıb.
Qeyd edək ki, caz festivalının “Həyat boyu uğur” mükafatı caz sənətçisi Həyati Kafeyə veriləcək.