"İRS" jurnalı fransız dilində nəşr edildi

"İRS" jurnalı

"İRS" jurnalı

4 dekabr 2021
# 17:00

“İRS” beynəlxalq jurnalının fransız dilində növbəti nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın bu nömrəsində Vətən müharibəsində Qələbəmizdən, torpaqlarımızın azad olunmasından, 30 illik erməni işğalı dövründə tarixi və mədəni abidələrin darmadağın edilməsindən bəhs olunub.

Jurnalda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun “Qarabağın azadlığı uğrunda Azərbaycan Mədəniyyət Birliyi”, Oleq Kuznetsovun “2020 Qarabağ uğrunda müharibə: mənşə, səbəblər və nəticələr”, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın Nizami Gəncəvi haqqında məqalələri yer alıb.

Fransanın “MUSULMANENFRANCE” portalının direktoru, jurnalist Jan-Mişel Brən Azərbaycan haqqında yazısında ölkəmiz barədə təəssüratlarını bölüşüb.

Jurnalın bu nömrəsində Azərbaycanın Mədəniyyət paytaxtı Şuşadan olan dahilər haqqında da məqalələr dərc olunub.

# 1092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #