“Humayla” konserti təqdim olundu

“Humayla”  konserti təqdim olundu
8 may 2024
# 18:40

Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı- pedaqoq Humay Aslanovanın “Humayla” adlı ilk solo konserti keçirilib.

Kulis.az xəbər verir ki, konsert Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunub.

2024-cü ildə səhnə fəaliyyətinin 30 illik yubileyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlib. Ulu Öndərin sevdiyi mahnılar silsiləsindən “Alagöz”, Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyalarının təqdim olunduğu proqramda illərin sevilən hit mahnıları tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da çıxış ediblər.

Mərkəzdə Musiqi (vokal) istiqaməti üzrə təlimçi kimi çalışan Humay Aslanova həssas qruplardan olan şəxslərlə təcrübəsini bölüşür. İlk solo konsertində müğənni Mərkəzdəki istedadlı yetirmələri ilə eyni səhnəni paylaşıb. Onların birlikdə ifa etdiyi "Ay Laçın" mahnısı tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.

# 319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #