Hülya Avşar və Uğur Yücelin yeni filmi - "Eşqin dünənki uşaqları"

Hülya Avşar və Uğur Yücelin yeni filmi - "Eşqin dünənki uşaqları"
5 avqust 2024
# 10:00

Məşhur müğənni və aktrisa Hülya Avşar "Eşqin dünənki uşaqları" filmi ilə çəkiliş meydançalarına qayıdır.

Kulis.az xəbər verir ki, filmdə Hülya Avşar İsabel, Uğur Yücel isə Arif obrazını canlandıracaq.

Film illərlə bir-birlərinə həsrət qalan çox fərqli mədəniyyətlərdən olan iki sevgilinin hekayəsindən bəhs edir.

Real hadisələr əsasında çəkilən filmin rejissoru Levent Onandır.

Avşar çəkilişlər üçün avqustun 14-də Ordunun Ünye şəhərinə gedəcək. Mehmet Özgürün Namık rolunu canlandırdığı filmdə Sömelek Rıza obrazını Ali Düsenkalkar oynayacaq.

# 323 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #