Hindistan rusiyalı aktyorun ölüm xəbərini təsdiqləmədi

Hindistan rusiyalı aktyorun ölüm xəbərini təsdiqləmədi
24 noyabr 2023
# 14:20

Hindistan polisi rusiyalı aktyor Maksim Beletskinin ölüm xəbərini təsdiqləməyib.

Kulis.az TASS-a xəbər verir ki, polis rusiyalıları aktyorun cəsədinin yarılmasının nəticələrini gözləməyə çağırıb.

Qeyd edək ki, noyabrın 18-də 37 yaşlı rusiyalı aktyor Maksim Beletski və onun 21 yaşlı sevgilisi Anna Rantsevanın cəsədləri turistlərin tez-tez yoxa çıxdığı "Narkomaniya və ölüm vadisi" adlanan ərazidə tapılıb.

# 703 dəfə oxunub

Müəllifin son yazıları

# # #