Həmidə Ömərova: "Həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm"

Həmidə Ömərova: "Həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm"
11 sentyabr 2026
# 17:35

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki prosesindən narazılığını bildirib.

Kulis.az xəbər verir ki, Həmidə Ömərova namizədliyini irəli sürməyə şərait yaradılmadığını deyib:

“Açığını deyim ki, müstəqil platformanın seçilən nümayəndəsi kimi mən gözləyirdim ki, mənə söz verəcəklər, amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Ancaq heyif ki, mən öz fikrimi deyə bilmədim, yəni alternativ namizədin irəli sürülməsinə imkan verilmədi. Və bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm və bundan da sonra xidmət eləyəcəyəm",- deyə Xalq artisti bildirib.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər