“HBO Max” Türkiyədəki layihələrini dayandırdı

“HBO Max” Türkiyədəki layihələrini dayandırdı
5 iyul 2022
# 11:00

Məşhur yayım platforması “HBO Max” Türkiyədəki orijinal layihələrini dayandırıb.

Kulis.az “Variety”yə istinadla xəbər verir ki, şirkət şimal ölkələri, mərkəzi Avropa, Hollandiya və Türkiyədəki bütün layihələrini dayandırdığını rəsmi şəkildə açıqladı.

Yeni yaranan “Warner Bros. Discovery” şirkəti həm “HBO”, həm də “Netflix” üçün bazar şərtlərini dəyişdiyi üçün ənənəvi platformalar rəqabətdə uduzurlar.

Qeyd edək ki, eyni səbəblə ötən həftə “Netflix” işçilərini ixtisar etmişdi.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

# # #