Azərbaycanlı yazıçının pyesi Böyük Kuklalar Teatrında

Azərbaycanlı yazıçının pyesi Böyük Kuklalar Teatrında
1 aprel 2024
# 09:10

Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında tanınmış azərbaycanlı uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev, rəssamı modelyer Marina Zavırilina, musiqi tərtibatçısı isə peşəkar bəstəkar-aranjemançı Vladimir Nikonovdur. Tamaşada, həmçinin dünya musiqi klassiklərinin məşhur əsərlərinə müəllif improvizasiyalarından da istifadə edilib.

Böyük ölçülü cəlbedici kuklaların iştirak etdiyi tamaşanın premyerası martın 30-da Ulyanovsk Uşaq və Gənclərin Yaradıcılıq Sarayında keçirilib.

Qeyd edək ki, sözügedən əsərdə əsas ideya sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

# 2929 dəfə oxunub

Müəllifin son yazıları

# # #