Hamıdan gizlənən yazıçının fotoları yayıldı

Viktor Pelevin. Yazıçı

Viktor Pelevin. Yazıçı

16 noyabr 2021
# 18:46

Rus yazıçısı Viktor Pelevinin harada olduğu məlum olub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, internet saytlarının birində 20 ildən çoxdur ictimaiyyət qarşısına çıxmayan yazıçının həyatı barədə təfərrüatlar və fotolar meydana çıxıb. Yayılan məlumatlarda Pelevinin Taylandın Samui adasında yaşadığı bildirilir.

Yazıçının meydana çıxan yeni fotosunun 2020-ci ildə çəkildiyi iddia edilir. Rusiyanın anonim biometrik şirkəti kadrı təhlil edərək onu köhnə şəkilləri ilə müqayisə edib. Şirkət rəsmilərinin sözlərinə görə oxşarlıq 75 faiz olub.

Qeyd edək ki, Viktor Pelevin “Omon Ra”, “Çapayev və Boşluq”, “Nəsil P və İmperiya V” romanlarının müəllifidir. Çoxsaylı ədəbi mükafatların qalibidir. O, ictimaiyyət qarşısına çıxmır, nadir hallarda müsahibə verir, buna görə də çoxları onun ədəbi təxəllüs arxasında gizləndiyini güman edir.

"Pelevin varmı?" sualı axtarış sistemlərində ən populyar sorğulardan biri hesab olunur.

# 1822 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #