“Gibi”nin yeni sezonu - Tarix bəlli oldu

"Gibi"

"Gibi"

1 avqust 2022
# 17:40

Məşhur “Gibi” serialının üçüncü sezonunun nümayiş olunacağı tarix açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə serialın ssenaristi Aziz Kedi məlumat verib. O bildirib ki, üçüncü sezonun ilk seriyası 7 oktyabr tarixində təqdim olunacaq.

Xatırladaq ki, “Exxen”də yayımlanan serial baxış sayına görə komediya serialları arasında ilk sıralarda yer alır.

# 1368 dəfə oxunub

Müəllifin son yazıları

# # #