Gənc aktyor vəfat etdi

Gənc aktyor vəfat etdi
1 avqust 2023
# 11:30

25 yaşlı amerikalı aktyor Anqus Klaud vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Aktyorun ölümünə səbəb antidepressantların həddindən artıq qəbulu olub.

Yaxınlarının dediyinə görə, o, son bir neçə ildə depressiyadan əziyyət çəkirmiş. Bir həftə əvvəl atasının ölümü isə sənətçinin psixi sağlamlığını tamamilə pozub. Onun cəsədi atasının dəfnindən yeddi gün sonra valideynlərinin Kaliforniyadakı evində tapılıb.

Klaud daha çox "Euphoria" serialındakı rolu ilə tanınıb.

# 696 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #