Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək
24 sentyabr 2026
# 16:00

Fotoqrafiya sənətinin 200 illik tarixinə həsr olunan "212 Photography Istanbul" festivalı sentyabrın 26-dan oktyabrın 11-dək təşkil olunacaq.

Kulis.az xəbər verir ki, festival çərçivəsində İstanbulun 25-dən çox fərqli məkanında sergilər, ustad dərsləri, film nümayişləri və sənətçi görüşləri təşkil olunacaq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival şəhərin müxtəlif nöqtələrini əhatə edəcək.

Qeyd edək ki, tədbirin reallaşdırılmasında mötəbər beynəlxalq qurumlar tərəfdaş qismində çıxış edəcək.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər