Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim edildi

Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim edildi
6 fevral 2024
# 17:01

Fevralın 6-da Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.

Kulis.az xəbər verir ki, nazir Adil Kərimli Elbay Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb.

Elbay Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə tanınmış memar bu ordenə layiq görülüb.

# 590 dəfə oxunub

Müəllifin son yazıları

# # #