Tanınmış britaniyalı yazıçı Reyçel Kaskın "Farrar, Straus and Giroux" nəşriyyatında işıq üzü görən yeni romanı "M-in həyatı" ("Life of M") ədəbiyyat aləmində ciddi müzakirələrə səbəb olub.
Kulis.az "Euronews"a istinadən xəbər verir ki, əsərdə şöhrət hərisliyi və soyuqqanlılığı ilə təsvir edilən "M" adlı baş qəhrəmanın uşaq yaşda çəkildiyi film, ailəsinin ssenariyə müdaxiləsi və Oskarlı balerina rolu kimi detalların birbaşa Natali Portmanın həyatı ilə üst-üstə düşməsi diqqət çəkib.
Hər iki məşhurun Parisdə yaşaması və Portmanın əvvəllər Kaskın yaradıcılığına heyranlığını açıq şəkildə bildirməsi xəyanət və qalmaqal iddialarını daha da gücləndirib.
Mənbələr aktrisanın bu xoşagəlməz bənzətmədən bərk qəzəbləndiyini bildirsə də, Kask ətrafdakı şayiələrin əsərin ədəbi dəyərinə kölgə saldığını və romanın özünü ifadə etdiyini vurğulayıb.
Tənqidçilər isə bu fikirdədir ki, nə olursa olsun, «Life of M» bu payızın ən önəmli meta-romanı sayılır.