Dövlət Teatr Muzeyində görüş təşkil edildi

Dövlət Teatr Muzeyində görüş təşkil edildi
11 iyun 2024
# 18:40

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi iyunun 11-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Niyazinin ev-muzeyinin birgə təşkilatçılığı ilə mövzu ətrafında maarifləndirici görüş təşkil edib.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin əməkdaşı, əməyin texniki müfəttişi Çingiz İbrahimov insan hüquqlarının anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması və s. barədə geniş məruzə ilə çıxış edib.

Sonra tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.

# 638 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #