Dövlət Mahnı Teatrından “Qarabağ çalarları”

Dövlət Mahnı Teatrından  “Qarabağ çalarları”
7 noyabr 2025
# 17:20

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyinə həsr olunan “Qarabağ çalarları” adlı musiqili çarxı geniş tamaşaçı auditoriyasına təqdim edib.

Kulis.az xəbər verir ki, bu barədə teatrdan bildirilib ki, layihə Qarabağın mədəni ruhunu, azadlıq sevincini və xalqımızın böyük Qələbəsini musiqi, vizual obraz və hisslərin harmoniyasında canlandırır.

Ülviyyə Bəbirli layihənin rəhbəri , Elbəy Məmmədzadə isə bəstəkarıdır.

“Qarabağ çalarları”nın ideyası - Qarabağın azad olunması ilə dirçələn milli qürurumuzu, Zəfər sevincini və musiqi vasitəsilə ifadə olunan emosional gücü tamaşaçıya yaşatmaqdır.

Qeyd edək ki, “Qarabağ çalarları” Mahnı Teatrının vətənpərvərlik mövzusuna göstərdiyi xüsusi diqqətin növbəti təcəssümüdür. Teatr bu layihə ilə Zəfər yaddaşını musiqinin dili ilə qorumaq, azad torpaqların ruhunu gələcək nəsillərə ötürmək missiyasını daşıyır.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər