21 iyun tarixində Bakı Musiqi Akademiyasının Opera studiyasında “Dahilər” adlı konsert proqramı keçiriləcək.
Kulis.az xəbər verir ki, konsertdə görkəmli bəstəkarlarımız və şairlərimizin, o cümlədən, Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Mikayıl Müşviqin bəstələri səsləndiriləcək.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri və Əməkdar artistləri iştirak edəcək.
Qeyd edək ki, konsertin əsas məqsədi Azərbaycanın zəngin irsini yaşatmaq və musiqisevərləri bir araya gətirməkdir.