“Sabahı unut” adlı iki illik konsert turunu başa vuran amerikalı müğənni və aktyor Castin Timberleyk laym xəstəliyinə tutulduğunu açıqlayıb.
Kulis.az xəbər verir ki, Timberleyk səhnədə dəfələrlə şiddətli sinir ağrıları və fiziki-ruhi yorğunluq yaşadığını bildirib.
O, həmçinin bu prosesdə yanında olan həyat yoldaşı Cessika Bilə, övladları Silas və Finə müraciətlə “Sizin qeyd-şərtsiz sevginiz mənim evim, ürəyimdir. Mən sizə gəlirəm” sözləri ilə təşəkkür edib.
Qeyd edək ki, daha əvvəl Şania Tvain, Avril Lavin və Justin Biber də laym xəstəliyinə tutulduqlarını açıqlamışdılar.