"Cadenza" orkestri növbəti konsertə hazırlaşır

"Cadenza" orkestri növbəti konsertə hazırlaşır
27 noyabr 2023
# 11:20

Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) növbəti konsert proqramı təqdim ediləcək.

Kulis.az xəbər verir ki, “Yaddaş#3: Terra Memoria” adlı konsertdə yaradıcılığı əsasən XX əsrin sonları XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsəri ifa olunacaq.

Bu dəfə orkestrə rusiyalı Meri Çeminava dirijorluq edəcək.

M.M.Çeminava Sankt-Peterburqda doğulub və musiqi təhsilini burada alıb. Bir çox nüfuzlu festivalların iştirakçısı olan dirijor Moskva Dövlət Konservatoriyasında (İ.A.Dronovun sinfində) “Opera və simfonik orkestrin bədii rəhbəri” ixtisası üzrə təhsil alıb. 2021-ci ildə Moskva Dövlət Simfonik Orkestrində dirijor köməkçisi kimi çalışmağa başlayıb.

# 505 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #