Britni Spirs kitab yazmaq üçün qonorar alacaq - Məbləğ

Britni Spirs 

Britni Spirs 

22 fevral 2022
# 16:40

Müğənni Britni Spirs valideynlərinin himayəsində keçirdiyi illərdən, atası Ceymi Spirsə qarşı apardığı qəyyumluq mübarizəsindən ibarət xatirələrini kitab halına salacaq.

Kulis.az xəbər verir ki, ifaçı bunun müqabilində 15 milyon dollar alacaq. Britni artıq "Simon & Schuster" nəşriyyatı ilə müqavilə imzalayıb. Razılaşma ilə bağlı tərəflər ətraflı açıqlama verməyib.

"Page Six"in məlumatına görə, bu razılaşma ABŞ-ın 44-cü prezidenti Barak Obama və həyat yoldaşı Mişellə bağlanan 65 milyon dollarlıq müqavilədən sonra ən böyük sövdələşmədir.

Qeyd edək ki, Britni onun həyatından bəhs edən "Things I should have said" adlı kitabı yazan bacısı Lini bu yolla pul qazanmaqda və ona 11 ildir davam edən qəyyumluq mübarizəsində dəstək olmamaqda ittiham edib.

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

# # #