“Boy çiçəyi” tamaşası təqdim olundu

“Boy çiçəyi” tamaşası təqdim olundu
21 may 2024
# 12:30

Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib.

Kulis.az xəbər verir ki, səhnə əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə təqdim olunub.

Tamaşadan sonra rejissor, Əməkdar artist Loğman Kərimov uğurlu quruluşa görə, iştirakçılar– Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.

Yubiley münasibətilə növbəti tamaşa mayın 26–da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılacaq.

# 476 dəfə oxunub

Müəllifin son yazıları

# # #