#

Beynəlxalq Muğam Mərkəzində “Açıq qapı” günü olacaq

Beynəlxalq Muğam Mərkəzində “Açıq qapı” günü olacaq
14 sentyabr 2023
# 17:25

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təşkil olunacaq.

Kulis.az xəbər verir ki, həmin gün BMM-də Açıq qapı elan edilib və konsertə giriş sərbəstdir.

Konsert proqramında mərkəzin solistləri, Əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğamlar və xalq mahnılarından ibarət rəngarəng proqramla tamaşaçıların görüşünə gələcək. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə solistlərdən ibarət ansambl müşayiət edəcək.

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

# # #