Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycanlı yazıçı vəfat etdi
13 fevral 2022
# 13:05

Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Əfqan Əsgərov vəfat edib.

Kulis.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında dəfn olunub.

1929-cu ildə Salyan rayonunun Qarabağlılar kəndində anadan olan yazıçı 1953-cü ildə universiteti bitirəndən sonra "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Poçtalyon" kino-ssenarisi çap edilən Əfqan çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib.

Əfqan Əsgərov "Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı" romanlarının, "Dədə Bəhmən", "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir" povestlərinin müəllifidir.

Allah rəhmət eləsin!

# 1883 dəfə oxunub

Müəllifin son yazıları

# # #