Azərbaycanlı reper həbs olundu

Azərbaycanlı reper həbs olundu
28 noyabr 2024
# 11:00

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən “Roşka” ləqəbli Rövşən Süleymanov həbs edilib.

Kulis.az xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib.

Qeyd olunur ki, tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, eyni əməllərə görə R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.

# 459 dəfə oxunub

Müəllifin son yazıları

# # #