Azərbaycanlı kriminal avtoritet haqqında film çəkiləcək

Azərbaycanlı kriminal avtoritet haqqında film çəkiləcək
11 iyul 2023
# 16:50

Türkiyəli prodüser Raci Şaşmaz azərbaycanlı kriminal avtoritet haqqında film çəkəcək.

Kulis.az xəbər verir ki, Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan “Kurtlar vadisi” serialının ssenaristi Bahadır Özdener və Raci Şaşmaz azərbaycanlı kriminal avtoritet Elnur Qasımov haqqında film çəkmək istəyirlər.

Bu barədə türkiyəli jurnalist Sina Koloğlu məlumat verib.

Xəbərə əsasən, müzakirələri davam edən serialın süjet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq.

Jurnalistin sözlərinə görə, İstanbulda öldürülən mafiya başçıları - serb Vukotiç, azərbaycanlı Elnur Qasımov və digərləri ilə bağlı hadisələr ssenarinin əsas süjet xəttini təşkil edəcək.

# 13249 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #