Azərbaycanlı kitabçı faciəvi qəzada vəfat etdi

Nurəddin Məmmədli, kitabçı

Nurəddin Məmmədli, kitabçı

29 avqust 2022
# 18:51

Bakıda kitab mağazasının rəhbəri vəfat edib.

Kulis.az xəbər verir ki, avqustun 28-i, saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibi idi. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.

O, 3 ildir ki, ailəli imiş.

# 4583 dəfə oxunub

Müəllifin son yazıları

# # #