Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı oldu

Azərbaycan Bəstəkarlar İttifaqında yeni kitabın təqdimatı oldu
3 aprel 2024
# 18:40

Aprelin 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarından elmi məqalələr” kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbiri layihənin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının əhəmiyyətindən danışıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, nəşrin redaktorları, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Günay Məmmədova və Aytən Babayeva çıxış edərək yeni çap olunmuş bu kitabın Üzeyir bəy irsinə daha bir dəyərli töhfə olduğunu vurğulayıblar.

Təqdimat mərasimində Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və pianoçular Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirilib.

# 609 dəfə oxunub

Müəllifin son yazıları

# # #