Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı

Arxeologiya Muzeyləri kompleksində yenidənqurma işləri yekunlaşdı
21 sentyabr 2026
# 12:30

İstanbul Arxeologiya Muzeyləri kompleksində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri başa çatıb.

Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Çinili Köşkün xarici fasadındakı 54 minə yaxın kaşı təmizlənərək bərpa olunub.

Kompleksin zəruri təhlükəsizlik və müasir muzey standartlarına uyğunlaşdırılması ilə yanaşı, ziyarətçi marşrutu da dəyişdirilib. Belə ki, muzeyin əsas girişi Gülxanə meydanına köçürülüb, yeni qəbul mərkəzi yaradılıb.

Açıq hava sərgisi konsepsiyası çərçivəsində Osman Hamdi Bəy enişində 38, muzeyin həyətində isə 140-a yaxın arxeoloji eksponat nümayişə çıxarılıb.

Qeyd edək ki, Qədim Şərq Əsərləri Muzeyi və Çinili Köşk tam yenilənmiş konsepsiya ilə yenidən qapılarını ziyarətçilərin üzünə açıb.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər