“Artım”da yeni filmlər nümayiş olunacaq

“Artım”da yeni filmlər nümayiş olunacaq
1 aprel 2022
# 14:30

“Artım” layihə məkanında rejissor Orxan Ağazadənin iki filmi -“Oturacaqlar” və “Dəlik” sənədli filmləri nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, aprelin 5-də təqdim ediləcək filmlər “Artım”da davam edən "Postponed" qrup sərgisi çərçivəsində nümayiş olunur.

Xronometrajı 20 dəqiqə olan “Oturacaqlar” filmi sevgi məsələlərindən bəhs edir. Kərimlə Rəna sevgili olsalar da, başqa insanlarla məcburi ailə həyatı qurublar. Bütün kənd camaatı cib telefonundan istifadə etmək üçün təpəyə yığışırlar və orada baş qəhrəmanlar həftədə bir dəfə bir-birilərini görsələr də, hisslərini gizlətməkdən başqa çarələri qalmır...

Xronometrajı 13 dəqiqə olan “Dəlik” filmində maraqlı hadisələr cərəyan edir: 25 yaşlı Ziba Britaniya hökumət təqaüdü ilə Londonda təhsil almağa yollanır. Bu səfər onu sanki, doğma evdəki qalma-qallardan xilas edir.

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #