"Apple" daha film maliyyələşdirməyəcək

"Apple" daha film maliyyələşdirməyəcək
24 iyul 2024
# 13:35

"Apple" şirkəti "Apple TV+" üçün film və serial çəkilişlərinin sayını məhdudlaşdıracaq.

Kulis.az xəbər verir ki, son işlər gözlənilən effekti vermədiyi üçün şirkət bu addımı atmağa məcbur qalıb.

"Apple" Martin Skorsezenin, Ridli Skottun və Mettyu Vonun filmlərinə 500 milyon dollar, İkinci Dünya Müharibəsindən bəhs edən "Havanın hökmdarları" mini-serialına isə 250 milyon dollar xərcləyib.

Şirkət xərcləri azaltmaq üçün yeni sezonda serialların sayını azaldacaq. Bununla belə, bəzi layihələrə əvvəlki qədər qonorar verilməyə davam edir. "Səhər şousu"nun dördüncü sezonunun aktyorlarına 50 milyon dollardan çox qonorar ödənilib.

# 538 dəfə oxunub

Müəllifin son yazıları

# # #