Antik Roma mədəniyyəti yeni sərgidə

Antik Roma mədəniyyəti yeni sərgidə
5 oktyabr 2026
# 16:30

Danimarkanın Kopenhagen şəhərindəki Qliptotek Muzeyində antik Romada geyim, bəzək əşyaları və saç düzümlərinin kimlik, sosial status və hakimiyyətlə əlaqəsini təhlil edən "The Power of Fashion in the Roman Empire" adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, tədbirdə Türkiyənin Burdur Muzeyindən gətirilən 18 nadir tarixi sənət nümunəsi də yer alıb.

Oktyabrın 1-də ziyarətçilərə açılan ekspozisiyada Burdur Muzeyi ilə yanaşı, "British Museum", Danimarka Milli Muzeyi və Torvaldsens Muzeyinin kolleksiyalarından seçilmiş mərkəzi mərmər heykəllər, arxeoloji toxuculuq nümunələri və zinət əşyaları nümayiş etdirilir.

Qeyd edək ki, Romanın fərqli coğrafiyalarındakı geyim mədəniyyətini müqayisəli şəkildə təqdim edən sərgi 2027-ci il martın 29-dək davam edəcək.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər