Ankarada Cahangir Novruzovun 70 illik yubileyi qeyd ediləcək

Ankarada Cahangir Novruzovun 70 illik yubileyi qeyd ediləcək
12 avqust 2024
# 18:50

Avqustun 16-da Türkiyə paytaxtında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri olacaq.

Kulis.az xəbər verir ki, yubiley tədbirinin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edir.

TÜRKSOY-un baş katibliyinin binasında keçiriləcək yubiley tədbirində iki qardaş ölkənin mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edəcək.

Professor Cahangir Novruzov hazırda Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyir.

# 324 dəfə oxunub

Müəllifin son yazıları

# # #