Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı
24 aprel 2024
# 16:30

Al Paçinonun “Ritual” filmindəki tərəf müqabili açıqlanıb.

Kulis.az xəbər verir ki, Den Stivens filmdə Paçino ilə birlikdə baş rollardan birini canlandıracaq.

David Midellin rejissorluq etdiyi filmin 2025-ci ildə nümayiş olunması planlaşdırılır.

Ekran əsərinin aktyor heyətində Aşley Grine və Abigail Kovan da var.

Real hadisələrə əsaslanan film iki keşişin başına gələn əhvalatlardan bəhs edir.

# 273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #