Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılan Türkiyəli aktrisa Afra Saraçoğlu sərbəst buraxılıb.
Kulis.az xəbər verir ki, aktrisa əvvəlcə Şişli Həmidiyə Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq tibbi müayinədən keçirilib.
Daha sonra Məhkəmə Tibbi Ekspertiza Müəssisəsi və prokurorluq qarşısında zəruri prosedurları tamamlanandıqdan sonra sərbəst buraxılıb.