Sentyabrın 23-29-da keçiriləcək 31-ci Beynəlxalq Adana Qızıl Qoza Film Festivalında yarışacaq filmlər açıqlanıb.
Kulis.az xəbər verir ki, Nuri Bilge Ceylan festivalın münsiflər heyətinin sədri olub.
Fəxri mükafatlara Demet Akbağ və Uğur Polat layiq görülüb.
- Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır
- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirdi
- Kino xidmətləri rəqəmsallaşacaq
Festivalın Milli Bədii Film Müsabiqəsində finala çıxan 11 film isə bunlardır;
"Bildiyiniz kimi deyil" - Vuslat Saraçoğlu
"Dövr" - Erkan Tahhuşoğlu
"Gecənin sahili" - Türker Süer
"Haqqı" - Hikmet Kerem Özcan
"Hemmenin öldüyü günlərdən biri" - Murat Fıratoğlu
"Heç nə yerində deyil" - Burak Çevik
"On saniyə" - Ceylan Özgün Özçelik
"Ölü mövsüm" - Doğuş Algün
"Su üzü" - Zeynep Köprülü
"Ümid" - Orhan İnce
"Günəş batarkən" - Gürcan Keltek