"ABBA" qrupuna mükafat verildi

"ABBA" qrupu

"ABBA" qrupu

24 mart 2022
# 16:30

Əfsanəvi ABBA qrupu İsveç hökuməti tərəfindən mükafatlandırılıb.

Kulis.az TASS-a istinadla bildirir ki, kollektiv “musiqi ixracı” mükafatına layiq görülüb.

Qeyd olunan mükafat 1997-ci ildən başlayaraq əvvəlki il ərzində İsveç musiqisinin dünyaya çatdırılması və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.

“ABBA 50 ildir ki, İsveç musiqisini dünya miqyasında uğurla təmsil edir. Qırx illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, - deyə xarici ticarət naziri Anna Hallberq bildirib.

Qeyd edək ki, qrupun 40 ildən sonra ilk albomu olan “Voyage” 2021-ci il noyabrın 5-də işıq üzü görüb.

# 1691 dəfə oxunub

Müəllifin son yazıları

# # #