Xalq artistinin xatirəsi anılacaq

Xalq artistinin xatirəsi anılacaq
12 mart 2020
# 19:28

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor Əşrəf Abbasovun “Qaraca qız” baleti növbəti dəfə nümayiş ediləcək.

Tamaşa unudulmaz bəstəkarın 100 illiyinə həsr olunacaq.

Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Üzləşdiyi bütün çətinliklərə baxmayaraq Qaraca qız insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri qoruyub saxlayır.

Səhnə əsərində Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və başqaları çıxış edəcək.

“Qaraca qız”ın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur. /azertag.az/

# 1678 dəfə oxunub

Müəllifin son yazıları

# # #