Rus yazıçı Nobel laureatını tənqid etdi: "Bəsit və sıxıcı yazır"

Rus yazıçı Nobel laureatını tənqid etdi: "Bəsit və sıxıcı yazır"
9 oktyabr 2021
# 11:34

"Nobel mükafatına fikir vermək lazım deyil, bu il həmin mükafatı tanzaniyalı yazıçı Abdulrazak Gurnaha siyasi səbəblərdən verdilər".

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış rus yazıçı, jurnalist Yevgeniy Popov deyib. O, RİA-ya açıqlamasında daha sonra bunları bildirib:

"Bu müəllifi Rusiyada praktiki olaraq heç kim tanımır. Böyük ehtimal heç dünyada da onu tanıyan yoxdur. Səhv etməkdən qorxuram, amma məncə, bu qərar da böyük ehtimal Svetlana Alekseyeviçdə olduğu kimi, siyasidir. Mən bu müəllifi ingiliscə oxumağa çalışdım, çox bəsit və sıxıcıdı. Amma əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Həmçinin bu mükafatı çox ciddiyə almağa gərək olmadığını düşünürəm. Vaxtilə Tolstoy və Coys da Nobeli ciddiyə almayıb".

# 2128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #