Pikassonun əsəri 25 milyon dollara satıldı - Foto

Pikassonun əsəri 25 milyon dollara satıldı - Foto
11 oktyabr 2021
# 10:16

Pablo Pikassonun rəsm əsəri Honkonqda baş tutan hərracda 24,6 milyon dollara satılıb.

Kulis.az Tass-a istinadən xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Məlumata görə, tanınmış rəssam 1954-cü ildə yaratdığı “Uzanmış qadın” adlı əsərində həyat yoldaşı Jaklin Roku təsvir edib.

Hərracda həmçinin Vinsent Van Qoqun əsəri 9,1 milyon dollara satılıb.

# 2212 dəfə oxunub

Müəllifin son yazıları

# # #