Milli Kitabxanada kitab sərgisi açılıb

Milli Kitabxanada kitab sərgisi açılıb
18 dekabr 2019
# 15:45

Dekabrın 18-də M.F. Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, tədqiqatçı, şair, dramaturq, publisist Teyyub Qurbanın anadan olmasının 85 illiyi münasibətilə “Teyyub Qurban – 85” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Teyyub Qurbanın Azərbaycan və rus dillərində nəşr edilmiş əsərləri, redaktoru olduğu, tərcümə etdiyi, haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

# 1604 dəfə oxunub

Müəllifin son yazıları

# # #