Litva bəstəkarı dünyasını dəyişdi

Litva bəstəkarı dünyasını dəyişdi
4 noyabr 2020
# 18:03

Məşhur Litva bəstəkarı Faustas Latenas vəfat edib.

APA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, 65 yaşlı bəstəkar dünən gecə Vilnusda vəfat edib.

Özünü pis hiss edən F.Latenas xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

O, bir çox film və teatr tamaşalarının bəstəkarı kimi tanınıb.

# 1457 dəfə oxunub

Müəllifin son yazıları

# # #