Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"

Ehtiram Hüseynov Laçından danışdı: "Çətinlik çəkirəm"
2 dekabr 2020
# 10:37

“Sevincimin həddi-hüdudu yoxdu, əsgərlərimizə ordumuza çox minnətdaram ki, bizə bu sevinci yaşatdı”.

Bu sözləri Kulis.az-a açıqlamasında əslən Laçından olan Əməkdar artist Ehtiram Hüseynov bildirib. O, daha sonra əlavə edib:

“Mən Laçının Daşlı kəndindənəm, ancaq Taxta zavodu deyilən yer var, orda böyümüşəm. Laçından çıxanda on iki yaşım var idi, ona görə oraları yaxşı xatırlayıram. Ancaq həmişə bizim gözəl təbiəti təsvir etməkdə çətinlik çəkmişəm. Çünki o qədər gözəl yerlərdir ki, ora haqqında danışmaq çox çətindir. Allahın köməkliyi ilə bu yay gedəcəyik, öz gözlərinizlə görəcəksiniz. ”

# 3269 dəfə oxunub

Müəllifin son yazıları

# # #