Türkiyənin opera ifaçısı, tenor Hakan Aysevin verliliş zamanı ayağı qırılıb.
Kulis.az xəbər verir ki, mərhum sənətkar Kayahanın həyat yoldaşı İpek Açarın "İpek Yolu" proqramına qonaq qismində qatılan Hakan Aysevin çəkiliş vaxtı dizi qırılıb.
Tanınmış tenor ağrılara davam gətirib və proqramın sonuna qədər çəkiliş məkanından ayrılmayıb.
Çəkiliş bitən kimi təcili xəstənaya aparılan opera müğənnisinin sol dizinin qırıldığı məlum olub. Həkimlər Hakan Aysevə təcili əməliyyat olunmasını məsləhət görsələr də, konsertlərinin çoxluğunu səbəb gətirən müğənni əməliyyatdan vaz keçib.
Vəziyyətin ciddi olduğunu görən həkimlər, H.Aysevin ayağına protez qoyublar.