Bakıda keçirilən beynəlxalq festival başa çatdı

Bakıda keçirilən beynəlxalq festival başa çatdı
8 sentyabr 2021
# 13:14

Sentyabrın 3-dən 7-dək Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilib.

Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirilib.

Festival çərçivəsində gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün ustad dərsi və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminarlar da təşkil olunub.

Festivalda beynəlxalq münsiflər heyətinin tərkibi Məsud Pənahi (Azərbaycan), Olivier Catherin (Fransa), Nancy Denney-Phelps və Nik Phelps (Belçika), Mariam Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Piotr Kardas (Polşa), Mehdi Khorushy və Maryam Rouhbakhsh (İran) kimi peşəkarlardan ibarət olub.

Ənənəvi olaraq bu il festivalın uşaq münsifləri də fəaliyyət göstərib. 18 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçilib.

Festivalın bağlanış mərasimində qaliblər elan olunub. Bu il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.

# 2147 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #