Bakıda Dantenin cəhənnəmdəki səyahətindən bəhs edən film nümayiş ediləcək

Bakıda Dantenin cəhənnəmdəki səyahətindən bəhs edən film nümayiş ediləcək
14 avqust 2021
# 14:27

Avqustun 17-də “YARAT” Film Klubu çərçivəsində “Artım” layihə məkanında keçiriləcək "Transumanato" və "XX-20" qısametrajlı filmləri nümayiş ediləcək.

Rejissoru və ssenari müəllifi Lena Skripkina olan "Transumanato" filmi "İlahi komediyanın" müəllifi Dantenin cəhənnəmdəki səyahətindən bəhs edir.

Digər ekran əsəri isə XX əsrin Xirosima, blokada və qulaq fəlakətlərini boş bir məzar obrazında təsvir edir. Müasir reallıqla əlaqəli, genetik yaddaş daşıyan və bir əsri özündə birləşdirən üç fəlakəti yenidən düşünməyə vadar edir.

Qeyd edək ki, Lena Skripkinanın əsərləri hazırda “Artım”da davam edən "Yüyürmə! Gördüyün yalnız sərabdır" adlı qrup sərgisində nümayiş olunur.

# 1546 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #