Afaq Bəşirqızı onu tənqid edən həmkarlarına cavab verdi: “Yaxşı bilirsiniz ki...”

Afaq Bəşirqızı onu tənqid edən həmkarlarına cavab verdi: “Yaxşı bilirsiniz ki...”
10 sentyabr 2021
# 10:42

“Kim necə deyir özü bilər, hərənin öz fikri var. Mən belə demişəm, Ramiz Məlik, ola bilsin, başqa şey fikirləşir, İntiqam Soltan başqa cür düşünür.”

Bu sözləri teatrların açılmasına ehtiyac olmadığını söyləyən Afaq Bəşirqızı onun fikirlərini kəskin tənqid edən həmkarları haqda Kulis.aza danışarkən deyib.

O, Xalq artisti Ramiz Məlikin “Afaq Bəşirqızı kimlərinsə xoşuna gəlmək üçün belə danışır” fikrinə də münasibət bildirib:

“Siz jurnalistsiniz, yaxşı bilirsiniz ki, Afaq xanım kiminsə xoşuna gəlmək üçün söz danışan deyil. Özünüz verin o adamların cavabını. Mən vaxtmı belə boş şeylərə sərf etmək istəmirəm”

# 2510 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #