"Gənclərin qısa filmləri" axşamı keçiriləcək

"Gənclərin qısa filmləri" axşamı keçiriləcək
21 iyun 2019
# 17:52

İyunun 25-də Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən kulis.az-a verilən xəbərə görə, tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış “Ayaqqabı əməliyyatı”, “Balaca”, “Sənin sevdiyin musiqi” və “Estakada” filmləri nümayiş etdiriləcək.

# 2652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #