"Nar bağı"nın rejissoru qalib oldu

"Nar bağı"nın rejissoru qalib oldu
19 oktyabr 2017
# 14:15

Kinorejissor İlqar Nəcəf Asiya Kino Akademiyasının ikinci dəfə qalibi olub.

Kulis.azın məlumatına görə, kinorejissor İlqar Nəcəf Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının (APSA) mükafatlarının noyabr ayında keçiriləcək təqdimetmə mərasiminə qatılacaq.

İ.Nəcəf dünya kino sənayesində “Asiya Oskarı” kimi qəbul edilən təqdimetmə mərasimində təşkilatın tarixində ikinci dəfə təqdim olunan “Young Cinema Award” mükafatı ilə təltif olunacaq. Bu mükafat ilk və ya ikinci debüt filmlərinin müəlliflərinə verilir.

Mükafata bu il tədim edilən 298 filmdən 142-si debüt filmi olub. İlqar Nəcəfin “Nar bağı” filmi məhz 142 debüt film içindən qalib seçilib.

İlqar Nəcəf artıq ikinci dəfədər ki , APSA –nın mükafatının qalibi olur. Onun quruluş verdiyi “Buta” filmi də Akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub. O, həmçinin, Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyasının (APSA) fəxri üzvüdür. 70 Asiya və Sakit Okean hövzəsi ölkələri bu Akademiyanın üzvləridir. Akademiyanın qalibləri arasında Əsgər Fərhadi, Nuri Bilgə Ceyhan, Zvyagintsev, Gokhan Tiryaki kimi nüfuzlu kino xadimləri var.

“Buta Film” kino şirkətinin ”Azərbaycanfilm” kinostudiyasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

# 1454 dəfə oxunub

Müəllifin son yazıları

# # #